Ana Sayfa > Karusel / Kriminal > Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb

Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb


21-06-2022, 16:54. Yazar: Admin

Azərbaycanda partiya sədri dələduzluğa görə məhkəmədə qandallandı - EKSKLÜZİV FOTO

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyib. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb.


Geri dön