Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Lex” – “Qarabağ” oyununun hakimləri bəlli olub.

Qarabaginfo.az xəbər verir ki, qarşılaşmanı ispaniyalı ədalət təmsilçiləri idarə edəcək.

Dördüncü hakim funksiyasını Xorxe Fiqueroa Vazkez yerinə yetirəcək. Polşadakı matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İyulun 5-dəki matçın baş hakimi Xose Luis Munuera olacaq. Ona Pau Çebrian Devis və Antonio Ramon Martinez kömək edəcək.