Ana Sayfa > Karusel / Təhsil > Ağalı kənd məktəbinə müəllimlər seçilib

Ağalı kənd məktəbinə müəllimlər seçilib


20-06-2022, 16:03. Yazar: Admin

Ağalı kənd orta məktəbinə direktor təyin olundu - Publika.az

Zəngilan rayonunun Ağalı kənd orta məktəbi ehtiyac üzrə fənn müəllimləri ilə təmin ediləcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, məktəbdə digər ümumi təhsil müəssisələrində tədris edilən, yəni plana uyğun fənlər tədris ediləcək. Həmçinin, Ağalı məktəbinin birinci sinfinə şagird qəbulu prosesi 14 sentyabr tarixinə kimi davam edəcək. 

 

Yeni tədris ili ərəfəsində şagirdlərin sayı barədə dəqiq məlumat veriləcək. 

 

Qeyd edək ki, Ağalı kənd orta məktəbində dərslər ilk dəfə bu ilin sentyabrın 15-də başlayacaq. 


Geri dön