Ana Sayfa > Karusel / Kriminal > Xırdalanda ata oğlunu qətlə yetirdi

Xırdalanda ata oğlunu qətlə yetirdi


20-06-2022, 10:16. Yazar: Admin

Xırdalanda ata oğlunu qətlə yetirdi

Abşeronda ata oğlunu qətlə yetirib.

Qarabaginfo.az xəbər verir ki, iyunun 19-da Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə İlkin İbadova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Etibar İbadov şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.


Geri dön