Ana Sayfa > Karusel / Mədəniyyət > Gəncədə " Geriyə baxma" kitabının təqdimat mərasimi keçirilib

Gəncədə " Geriyə baxma" kitabının təqdimat mərasimi keçirilib


10-06-2022, 16:20. Yazar: Admin
Bir 8 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Xocalı heç vaxt unudulmamalı, heç vaxt yaddan çıxmamalıdır. Gəncədə keçirilən " Geriyə baxma" kitabımın təqdimat mərasimində hər kəsin bu fikirdə olduqlarının bir da şahidi oldum. Düz 30 il bundan öncə Xocalı soyqrımı zamanı qətlə yetirilən 70 ahıldan bəhs edən bu sənədli əsər bu ilin fevralında qardaş Türkiyənin ali təhsil ocaqlarında və avropa ölkələrində təqdimatı yüksək səviyyədə keçirilmişdi. Bu dəfə isə ilk dəfə olaraq, regianda bu kitabın təqdimat mərasimini keçirmək qərarına gəldik. Bu kitabın nəşr olunmasını həyata keçirən Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin İlahiyyat İnstutunun əməkdaşları ilə birlikdə Gəncə şəhərinə səfər etdik. Tədbir Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında keçirildi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətin,Dini qurumlarla iş üzrə Dövlət komitəsi, Gəncə şöbəsinin sədri Həsən Məmmədov, İlahiyyat İnstutunun kafedra müdiri, dosent Anar müəllim Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Məleykə Alı oğlu, şairə Zenfira Əlişqızı, Erməni təcavüzünün tanıdılması İB-nin sədri, yazıçı publisist Səriyyə Müslümqızı, Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov, yazıçı - publisist,jurnalist, "Gəncənin səsi" qəzetinin redaktoru Rəfiqə Sadıqova,Millət vəkili, tarix üzrə fəlsəfə doktoru.dosent Pərvin Kərimzadə,yazıçı- publisist, ictimai xadim Nüşabə Əsəd Məmmədli,Gəncə Gənclər Təşkilatının sədri Həmid Nəsirov,
Gəncə bölməsinin sədri Xəzangül Hüseynova,AYB Gəncə bölməsinin məsləhətçisi Aləmzər Əlizadə,YAP Gəncə təşkilatının məsləhətçisi Hüseyn Budaqov,müstəqil jurnalist Zakir Muradov,Gəncə DİM rəhbəri Nəsimi Məmmədov,"Novosti Gandja"qəzetinin müxbirləri Fatma Cəfərova, Mahir İsayev.Psixoloq, " Sona psixologiya mərkəzi"nin rəhbəri Sona xanım,Gəncə Tibb Kollecinin müəllim və tələbələri, fəal oxucular iştirak etdilər. Tədbir Azərbaycanın himni ilə başladı, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Kitabxananın müdiri Fərdə xanım iştirakçıları əvvəlcə soyqrımdan bəhs edən" Xocalı zülmət bir gecə' filmini izləmə dəvət etdi. Sonra isə tədbir iştirakçlarına söz verildi. Aradan 30 il ötməsinə baxmayaraq, heç kimin Xocalını unutmadıqlarının titrək səsləri ilə o günlərdən ürək ağrısı danışdıqlarının şahidi olduq. Belə kitabların yazılaraq, tarixin köksünə qoymağın vacibliyini vurğuladılar. "Xocalının səsi" qəzetinə neçə illər qucaq açan" Gəncənin səsi "qəzetinin redaktoru Rəfiqə xanım Sadıqova "Xocalının səsi" qəzetinin mərhum redaktoru Sərdar Mehdiyevi xatırladaraq uzun illər bu qəzeti yaşatmaqlarından söhət açdı. Bir- birindən təsirli çıxışlar bir daha sübut etdi ki, biz heç vaxt Xocalını unutmayacayır. İndiyənə kimi Xocalı soqrımı H.Əliyev Fondu tərəfindən 13 ölkədə tanıdılıb. Amma inanırıq ki, gün gələcək bu cinayəti törədənlər Haqqa məhkəməsinə verilərək cəzalanacaqlar. 44 günlük müharibədə şəhid olmuş oğullarımızın baş tacımız Birliyant və Nigar Analarımızın çıxışını göz yaşları içərisində dinlədim. Tədbirdən sonra şəhid Analarımızla birlikdə Gəncədəki şəhidlər xiyabanında uyuyan oğullarımızın məzarlarını ziyarət etdik. Bir payız gündə qələbəmizi həzm edə bilməyən düşmənlərimiz Gəncəni raket atəşinə tutaraq dağıntılar törətmişdilər. Evlər viran qalmış dinc əhali qətlə yetirilmişdi. Burda da yenə də elə Xocalıdakı kimi ahılda vardı cavanda vardı uşaqda vardı.Ürək göynədən bu səhnəyə baxdıqca Xocalını bir daha yenidən yaşadım. Dəyişən yalnız zaman idi. Düşmənimizin xisləti isə heç vaxt dəyişməyəcək. Türkün gücü onun birliyindədir Unutmayaq! Tədbirin təşkilatçılarına Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisinə, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şöbəsinin sədrinə, İlahiyyat İnstutunun rektoruna və Gəncə Mərkəzləşdirilmiş Kitabxananın müdirinə təşəkkür edirəm!
Bir 3 nəfər şəkili ola bilər

Geri dön