Ana Sayfa > Karusel / Gündəm > Bakı və bir sıra rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı və bir sıra rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq


26-05-2022, 18:43. Yazar: Admin

Bakı və bir sıra rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

“Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Geri dön