Ana Sayfa > Karusel / Region > Rəşad Nəbiyev: "Türkiyə ilə Azərbaycan arasında elektron imza ilə bağlı ilkin razılaşma əldə olunub"

Rəşad Nəbiyev: "Türkiyə ilə Azərbaycan arasında elektron imza ilə bağlı ilkin razılaşma əldə olunub"


26-05-2022, 17:33. Yazar: Admin

 

Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib

Elektron imzanın unifikasiyası ilə bağlı Türkiyə ilə Azərbaycan arasında ilkin razılaşmalar əldə olunub.

Qarabaginfo.az xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin İKT üzrə məsul nazirlərinin iclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Hər bir ölkənin prioritetlərindən, milli təhlükəsizlik baxışlarından irəli gələn konkret baxışları var. O baxışları nəzərə alaraq hesab edirik ki, bu sahədə də kifayət qədər geniş əməkdaşlıq mövqelərimiz mövcuddur. Bütün bunları labüd edən, icrasını asanlaşdıran istiqamətlərdən biri də elektron İmzanın unifikasiyası – yəni ona vahid baxışın daha da dərinləşdirilməsidir. Türkiyə Respublikası ilə bu sahədə danışıqlarımız gedir, ilkin razılaşmalar var.

Hesab edirəm ki, bu sahədə də dövlətlərimiz kifayət qədər əhəmiyyətli əməkdaşlıq edə bilərlər.

Azərbaycan tərəfi olaraq bildirmək istərdim ki, burada qaldırdığımız məsələlərin daha dərindən öyrənilməsi üçün yerli və ya xarici məsləhətçilərin cəlb edilməsi zərurəti yaranarsa, bəlli resursları ayırmağa hazırıq”, – deyə nazir bildirib.


Geri dön