Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Mirzoyanla növbəti telefon danışığını istisna etməyib

Ceyhun Bayramov Mirzoyanla növbəti telefon danışığını istisna etməyib


26-05-2022, 15:52. Yazar: Admin

Ceyhun Bayramov Mirzoyanla növbəti telefon danışığını istisna etməyib

Aprel ayında Brüsseldə baş tutmuş görüşdən sonra Ermənistan XİN başçısı ilə telefon danışığımız baş tutdu. Bu, Brüssel görüşündə əldə olunan razılaşmalarla bağlı idi.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan delimitasiya komissiyası ilə bağlı yanaşmasını qarşı tərəfə təqdim etmişdi.

“Bu telefon danışıqları görüşlərdə əldə olunan razılıqların icrasının həyata keçirməsi ilə bağlıdır. Hazırda növbəti telefon danışığının olacağı ilə bağlı tarix yoxdur. Ancaq ehtiyac olacağı təqdirdə növbəti telefon danışıqlarını istisna etmirəm”, - XİN rəhbəri qeyd edib.


Geri dön