Ana Sayfa > Karusel / Dünya > Ştaynmayer: “Azərbaycan ölkəmizin enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır”

Ştaynmayer: “Azərbaycan ölkəmizin enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır”


26-05-2022, 15:35. Yazar: Admin

Frank-Valter Ştaynmayer

“Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf edib”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir.

“Sizi əmin edirəm ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsinə böyük maraq göstərir”, - o qeyd edib.

Frank-Valter Ştaynmayer qeyd edib ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır: “Azərbaycan ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik”.


Geri dön