Ana Sayfa > Karusel / Təhsil > 41 yaşlı alim intihar etdi

41 yaşlı alim intihar etdi


23-05-2022, 12:06. Yazar: Admin

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.

 

Qarabaqinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kevkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub.

 

Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön