Ana Sayfa > Karusel / Siyasət > "Putinin mövqeyində heç bir dəyişiklik yoxdur" - Almaniya kansleri

"Putinin mövqeyində heç bir dəyişiklik yoxdur" - Almaniya kansleri


14-05-2022, 12:36. Yazar: Admin

2022/05/10831-1652516679.jpg

 


Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda telefon danışığı zamanı onun Ukrayna ilə bağlı mövqeyini dəyişmək istədiyi barəsində yenilikləri görmədiyini deyib. 

Qarabaginfo.az “T-Online”a istinadla xəbər verir ki, bu barədə Şolts müsahibəsində bildirib.

Kansler qeyd edib ki, Moskva Ukraynada hərbi əməliyyatlara başlamaqla göstərdiyi məqsədlərin heç birinə nail olmayıb.

Şolts deyib ki, Rusiyaya qarşı sanksiyaları ləğv etməyin yeganə yolu Moskva ilə Kiyev arasında sülh sazişinin imzalanmasıdır. O, Rusiyaya qoşunlarını Ukraynadan çıxarmağı çağırışını da təkrarlayıb.

Almaniya kansleri Finlandiya və İsveçin NATO-ya qoşulma ehtimalına da toxunaraq, bunun Şimali Atlantika Alyansını həmişəkindən daha güclü edəcəyini deyib. 


Geri dön