Ana Sayfa > Karusel / Dünya > Kim Çen In ölkəsinin koronavirusa görə böyük şok yaşadığını deyib

Kim Çen In ölkəsinin koronavirusa görə böyük şok yaşadığını deyib


14-05-2022, 07:40. Yazar: Admin

Kim Çen İn komadadır — Rəsmi 

Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılmasınının böyük şok yaratdığını bildirib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə o Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun koronavirusla mübarizə tədbirlərinin müzakirəsi zamanı keçirilən iclasda deyib.

İclasa sədrlik edən Kim Çen In infeksiyanın ölkə tarixində ilk belə şok olduğunu deyib.

KXDR lideri əlavə edib ki, əgər biz epidemiyaya qarşı mübariz gücləndirilsə və ciddi karantin tədbirlərinə riayət edilsə, bu böhrandan çıxmaq olar.

“Virusun yayılması təşkilatlar və təcrid olunmuş bölgələrdə daha çox baş verir. Qabaqcıl ölkələrin epidemiya əleyhinə tədbirlərini, təcrübəsini və nəticələrini öyrənmək vacibdir. Çinin zəngin təcrübəsini və fəaliyyətinin nəticələrini araşdırın”,- deyə Kim Çen In iclasdakı çıxışında bildirib.

Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, həkimlər son sutkada COVID-19-dan 21 ölüm qeydə alıb. Bununla da ümumi ölüm sayı 27-yə çatıb.
Ötən sutka ölkədə hərarət əlamətləri olan 174 min nəfərin aşkar edildiyini bildirib.


Geri dön