Ana Sayfa > Karusel / Gündəm > Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub


13-05-2022, 21:19. Yazar: Admin

Bakıda piyadanı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Hüseynov Hüseyn Əmirxan oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb. (apa.az)


Geri dön