Ana Sayfa > Karusel / Qarabağ > MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub


12-05-2022, 10:08. Yazar: Admin

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Geri dön