Ana Sayfa > Karusel / İdman > Qurban Qurbanov "Qarabağ"la 3 illik müqavilə imzalayıb

Qurban Qurbanov "Qarabağ"la 3 illik müqavilə imzalayıb


11-05-2022, 16:47. Yazar: Admin

 

Qurban Qurbanov "Qarabağ"la 3 illik müqavilə imzalayıb

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovla müqaviləni uzadıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Yeni anlaşmaya əsasən, Qurbanov daha 3 il Ağdam klubunun baş məşqçisi olacaq. 50 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Onun rəhbərliyi altında 8 dəfə Azərbaycan çempionu olan ağdamlılar 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.


Geri dön