Ana Sayfa > Karusel / Kriminal > Həbsxanalar narkotikə görə tutulanlarla doludur - Qorxudan statistika

Həbsxanalar narkotikə görə tutulanlarla doludur - Qorxudan statistika


10-05-2022, 16:18. Yazar: Admin

2022/05/16521-1652182847.jpg

 


2015-2021-ci illər ərzində cinayət məsuliyyətinə 24440 nəfər cəlb olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə mövcud qanunvericiliyə uyğun olaraq, müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasıtərəfindən 2662 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 6 ton 006 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilib.


Geri dön