Ana Sayfa > Karusel / Hadisə > Keçmiş məhkum öz maşını ilə “Volkswagen”i vurub qaçdı

Keçmiş məhkum öz maşını ilə “Volkswagen”i vurub qaçdı


9-05-2022, 11:24. Yazar: Admin

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aprelin 28-də Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobilin müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəsarət almış avtomobildə olan qızına xəstəxanada ilkin tibbi yardım göstərilməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Qarabaqinfo.az-a verilən məumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilib.

 

Həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Fədakar Mürşüdov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Geri dön