Ana Sayfa > Karusel / Mədəniyyət > Anar Kərimovdan yeni təyinat

Anar Kərimovdan yeni təyinat


25-04-2022, 14:32. Yazar: Admin

 

Anar Kərimovdan yeni təyinat

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Vüqar Məmmədov nazirliyin Aparat rəhbəri təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

V. Məmmədov təyinatınadək qurumun Strateji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışırdı.

O, həmçinin Azərbaycan Prezidenti tərəfindən yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibində fəaliyyət göstərən bir neçə işçi qrupunun üzvü kimi fəaliyyət göstərir.


Geri dön