Ana Sayfa > Karusel / Müsahibə / Region > “Rusiya qoşunları Qazaxıstanı tərk edəndə buna məndən çox sevinən olmadı...

“Rusiya qoşunları Qazaxıstanı tərk edəndə buna məndən çox sevinən olmadı...


17-02-2022, 07:53. Yazar: Admin

Bu gün fevralın 16-da ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberqer iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı bir neçə KİV nümayəndəsi ilə görüşüb. Görüşdə iştirak edənlərdən biri də haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev olub.

“Əvvəla biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Lakin daha da mühüm olanı budur ki, biz dostluğumuzun 30 illiyini qeyd edirik. Və daha da mühüm olanı budur ki,  biz Azərbaycanın müstəqilliyinin 30 illiyini qeyd edirik”, - səfir bildirib.

Diplomat əlavə edib ki, ABŞ lap əvvəldən Azərbaycanın müstəqilliyinin qətiyyətli tərəfdarı olub. Onun sözlərinə görə, qlobal miqyasda müstəqilliyə və azadlığa, demokratiyaya ABŞ-dan böyük tərəfdar yoxdur.

“Son 30 ildə biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi və insan haqları, iqtisadiyyat, energetika və təhlükəsizlik də daxil olmaqla geniş spektrdə məsələlər üzrə əməkdaşlıq etmişik. Bütün bunlar bizim münasibətlərimizdə çox mühümdür”, - Litsenberqer deyib.

Diplomat KİV nümayəndələrinin suallarına cavab olaraq deyib ki, ABŞ şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında daha yaxından iştirak etmək istəyir. Bunun üçün isə rəqabətli, daha şəffaf biznes mühiti, açıq tenderlər olmalıdır. “Məmnuniyyətlə qeyd edirəm ki, biz həm Azərbaycan hökuməti, həm biznes cameəsi ilə belə mühitin yaradılması üçün çox sıx əməkdaşlıq edirik. Amerika şirkətləri dünyada ən yaxşı texnologiyaları və ən yaxşı biznes-praktikanı təmsil edirlər. Onların iştirakı ərazilərin uğurla bərpasına və bütün ölkənin iqtisadi inkişafına kömək edə  bilərdi”, - səfir bildirib.

Eynulla Fətullayev səfirə Ermənistanın ABŞ prezidentinin təşkil etdiyi virtual “Demokratiya sammiti”nə dəvət edildiyini, Azərbaycanın isə dəvət almadığını xatırladıb:

- Bu yaxınlarda Bakıda təəssüf doğuran hadisə baş verdi. Azərbaycan Vaşinqtondakı Demokratiya Sammitinə dəvət almadı. Hərçənd Ermənistanın baş naziri sammitə dəvət aldı və iştirak etdi, amma daha sonra Qazaxıstana KTMT qüvvələrinin yeridilməsi haqda qərarı da imzaladı. Sizə elə gəlmirmi ki, bu cür ikili standartlar Bakıda səmimi inciklik yarada bilər?

Səfirin cavabı belə olub:

Biz bütün dünyada demokratiyanın qarşısında dayanan suallar və problemlərin müzakirəsi üçün demokratik ölkələrin bir qrupunu seçib dəvət etdik. Mən çox istərdim ki, Azərbaycan da bu mövqedə olsun ki, onu da dəvət edə bilsinlər. Və ümid edirəm ki, gələcəkdə biz Azərbaycanı da dəvət edə biləcəyik. Lakin bunun üçün bir sıra məsələlərdə müəyyən irəliləyişlərin əldə edilməsi vacibdir, hansı ki, biz bu məsələlərlə bağlı hökumətlə birbaşa və açıq dialoq aparırıq, o cümlədən əsas azadlıqlar, vətəndaş cəmiyyətinə daha çox fəaliyyət azadlığının verilməsi, insan haqlarına əmək edilməsi məsələləri ilə bağlı. Mənə elə gəlir ki, burada bəzi məsələləri qarışdırırsınız. Ermənistan həyata keçirdiyi bəzi dəyişikliklərlə bağlı dəvət almışdı. Onu ona görə dəvət etməmişdilər ki, KTMT-nin üzvüdür, yaxud üzvü deyil. Məsələlər tam fərqlidir. Demək istərdim ki, Rusiya qoşunları və KTMT qoşunları Qazaxıstanı tərk edəndə buna məndən çox sevinən olmadı.(virtualaz.org)


Geri dön