Ana Sayfa > Karusel / Region > Ərdoğan: “TURKOVAC sayəsində pandemiyaya qarşı daha özgüvənliyik”

Ərdoğan: “TURKOVAC sayəsində pandemiyaya qarşı daha özgüvənliyik”


19-01-2022, 22:14. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

 

“Dünya koronavirus pandemiyasının yeni dalğası altında çətin günlərini yaşamaqda davam edir. Səhiyyə sistemimiz epidemiya ilə mübarizədə xəstəxana və reanimasiyadan tutmuş peyvəndlərə qədər bütün növ ehtiyacları ödəməyə qadirdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, TURKOVAC peyvəndinin sayəsində ölkə pandemiya ilə mübarizəyə daha çox inamla baxır.

‘İnşallah, yaxın gələcəkdə Türkiyə bu sahədə dünyanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Epidemiyanın yayılması indiyədək məşğulluq və istehsal sahələrində heç bir ciddi pozuntuya səbəb olmayıb’, - deyə o bildirib.


Geri dön