Ana Sayfa > Karusel / Region > ŞOK: Bütün Rusiya yetimlərə kömək edən “super qanqster”dən danışır - Azərbaycanlı Hüseynov kimdir?

ŞOK: Bütün Rusiya yetimlərə kömək edən “super qanqster”dən danışır - Azərbaycanlı Hüseynov kimdir?


19-01-2022, 21:03. Yazar: Admin

Yekaterinburqda azərbaycanlı Raqib Hüseynova keçirilən məhkəmə prosesi Rusiya mediasının manşetlərində yer alıb və ictimaiyyətin marağına səbəb olub.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, öz cinayətkar dəstəsinə on milyonlarla pul qazandıran, cəsarətli və ardıcıl uğurlu oğurluq əməllərinə görə Rusiya mediasının “super qanqster” adlandırdığı azərbaycanlı Raqib Hüseynova hökm oxunub. Hüseynovun dəstəsi bir vaxtlar İŞİD terror təşkilatının (İŞİD Rusiyada qadağan olunmuş terror təşkilatıdır) Rusiyadakı hücrəsi olub. Lakin sonralar Yaxın Şərqdəki kuratorlarına pul göndərməkdən bezən və cihad əvəzinə öz şəxsi mənafelərini düşünən dəstə üzvləri, terror təşkilatı ilə əlaqələrinə son qoyublar.

Rusiya mediasının yazdığına görə, Hüseynovun basqınları çox yaxşı planlaşdırılıb və oğurluq bir dəqiqədən çox çəkməyib. “Super qanqster” adını almış Hüseynov əldə etdiyi qənimətin bir hissəsini daim uşaq evlərinə köçürməsi ilə məşhurlaşıb. Dekabrın 23-də Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqda məşhur “Taqanski Ryad” ticarət mərkəzinin iş adamlarına hücum edən dəstənin üzvü Raqib Hüseynova hökm oxuyub. Hüseynov qanunsuz quldurluq və silah alverinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin onun əməlindən zərər çəkənlərə təxminən yarım milyon rubl təzminat ödəməsi ilə bağlı qərar çıxarıb. Maraqlıdır ki, jurnalistlərin “super qanqster” adlandırdığı Hüseynov qonşular və tanışlar tərəfindən nümunəvi ailə başçısı, üç uşağı olan qayğıkeş ata kimi tanınıb. Ətrafındakılardan heç kim Raqib Hüseynovun Rusiyada qadağan olunan “İslam Dövləti” beynəlxalq terror təşkilatının üzvü olduğunu təxmin belə etməyib.

ТЦ «Таганский ряд» в Екатеринбурге

Medianın yazdığına görə, Raqib Hüseynovun vaxtilə qoşulduğu dəstəni 51 yaşlı tacikistanlı Orifjon Səttarov yaradıb. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Rusiyada məskunlaşıb və Moskvada yaşayıb. Səttarov həm də Rusiya vətəndaşlığını ala bilib. O fəhlə işləyib və mənzillərin təmiri ilə məşğul olub. Amma ağır iş Səttarova istədiyi gəliri gətirməyib. Elə bu problem onun radikal İslamla tanışlığına səbəb olub. 2014-2015-ci illərdə İŞİD terror təşkilatının bütün dünyada yüksək səviyyədə təbliğ olunduğu bir vaxtda Səttarov həmvətənlərinə və “dindar” qardaşlarına İŞİD-in tezliklə qələbə çalacağını və radikallara beyət etməyin vacibliyini bildirib. O özünə həmfikir axtarmağa başlayıb. Beləliklə Səttarov yaxşı təşviqatçı olub və tezliklə İŞİD-in Rusiyadakı qoluna rəhbər seçilib.

Beləliklə də, Səttarov cinayət əməllərinin başlanğıcını qoyub.  2018-ci il iyulun 3-də axşam saatlarında Çin vətəndaşı, böyük Çin restoranları şəbəkəsinin direktoru Vanq Honq Yekaterinburqdakı “Taqanski Ryad” ticarət mərkəzindən çıxarkən 3 nəfər maskalı və silahlı şəxs onu saxlayıb. Onlardan biri silahını iş adamına tuşlayaraq əlindəki çantanı tələb edib. Lakin çinli biznesmen müqavimət göstərməkdə israrlı olub və yalnız ani zərbə Vanq Honqu yerə yıxıb. O şokdan çıxanda nə içərisində  570 min rubl olan çantasını, nə də ki maskalı şəxsləri görüb. Bir neçə gün sonra Səttarovun əlaltıları Yekaterinburqda iri küçələrdən birində  avtomobilə hücum ediblər. Oğurluq bir neçə saniyə çəkib,  biznesmen və onun sürücüsü 13 milyon rublun necə yoxa çıxdığını düşünməyə belə vaxt tapmayıb.

Полицейские осматривают обстрелянную Audi Гагика Мартиросяна

Nəhayət özəl mənbələrinin sayəsində Səttarov başda olmaqla cinayətkar dəstə regional yükdaşımalarla məşğul olan iş adamı Qaqik Martirosyana çata biliblər. 2018-ci il sentyabrın 5-də Martirosyanın bahalı “Audi” markalı avtomobilində külli miqdarda pul apardığını öyrəniblər. Martirosyan şübhəli “VAZ-2112” markalı avtomobilin onları izlədiyini hiss edib. Dəstə üzvləri iş adamının avtomobilini kənara sıxışdırıb atəş açsalar da, Martirosyan qardaşları aradan çıxmağı bacarıblar. Onların avtomobilinə baxış zamanı 12-dən çox mərmi tapılıb. Medianın məlumatına görə, milli tərkib baxımından dəstə üzvləri müxtəlif olub. Onun tərkibinə dörd azərbaycanlı (o cümlədən Raqib Hüseynov), iki dağıstanlı, tacikistanlı (Orifjon Səttarov) almaniyalı Adıl Salaev və Uraldan olan 26 yaşlı Georgi Proxur daxil olub.

Момент нападения на Опалихинской улице — скриншот с камеры наблюдения

Dindirilmələr zamanı Raqib Hüseynov iş adamlarına qarşı basqınlarda iştirakını inkar etməyib. O istintaqla fəal əməkdaşlıq edib, bu səbəbdən də onun işinə xüsusi qaydada baxılıb. “Superqanqster” dəstəsinin bütün hücumları diqqətlə planlaşdırdığını və əminliklə hərəkət etdiyini söyləyib. Elə istintaqla əməkdaşlığına görə, Hüseynovun cəzası təəccüblü dərəcədə yüngül (cəmi 8 il) olub. Bundan əlavə məhkəmə prosesində “super qanqster”in xeyriyyə işi ilə məşğul olduğu ortaya çıxıb. O, oğurlanmış vəsaitin böyük bir hissəsini uşaq evlərinə xərcləyib. Lakin Rusiyanın rəsmi dairələri bildiriblər ki, uşaq evlərinin təşəkkür məktubları ilə ağır cinayətlərə görə cəzanın yüngülləşdirilməsinə presedent yaratmaq mümkün deyil.(konkret.az)

Разбойное нападение рядом с аэропортом Кольцово — скриншот с камеры наблюдения

 


Geri dön