Ana Sayfa > Karusel / Gündəm > Azərbaycandan silahlarla bağlı Avropaya - Çağırış

Azərbaycandan silahlarla bağlı Avropaya - Çağırış


19-01-2022, 19:09. Yazar: Admin

Azərbaycandan silahlarla bağlı Avropaya

“Son otuz ilə yaxın müddətdə biz, ərazilərimizin işğalı ilə bağlı status-kvonu gücləndirmək kimi yanlış cəhdlər çərçivəsində bütün tətbiq edilən silahlara nəzarət rejimlərinə, habelə etimad və təhlükəsizlik tədbirlərinə qəsdən məhəl qoyulmadığının və onlardan boyun qaçırıldığının şahidi olduq”.

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında çıxışı zamanı deyib.

“Bu təcrübəyə əsaslanaraq, biz əminik ki, dövlətlərin mövcud rejimlər altında silahlara nəzarət və etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair öhdəliklərini yerinə yetirməsi həm sözdə, həm də əməldə ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə mühüm töhfə verə bilər.

Nəhayət, yekun Təhlükəsizlik Dialoqumuz münaqişədən sonrakı yenidənqurma məsələlərinə diqqət yetirəcək və ATƏT regionunda əldə edilmiş təcrübəyə əsaslanacaq.

ATƏT-in münaqişə dövrü ilə bağlı alətləri Təşkilatın münaqişədən sonrakı yenidənqurmada geniş və əhatəli şəkildə iştirakı üçün əsası təmin edir, - nazir bildirib.

C.Bayramov müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddiaları rədd edib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini iştirakçıların diqqətinə çatdırıb.


Geri dön