Ana Sayfa > Karusel / Siyasət > Kremldə Rusiya və İran liderlərinin görüşü başlayıb
Kremldə Rusiya və İran liderlərinin görüşü başlayıb19-01-2022, 17:34. Yazar: Admin |
Rusiya və İran prezidentləri arasında görüş başlayıb. Qarabaginfo.az Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, pandemiyaya baxmayaraq iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb. Putin iranli həmkarı ilə ilə ikitərəfli münasibətləri, birgə layihələri və beynəlxalq gündəmi, o cümlədən Əfqanıstandakı vəziyyəti müzakirə etmək istədiyini söyləyib. Rusiya lideri danışıqlarda gündəlikdə duran məsələlərin çox geniş olduğunu vurğulayıb. O, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət planını ilə bağlı İran prezidentinin mövqeyini öyrənmək istədiyini də söyləyib Geri dön |