Ana Sayfa > Karusel / Kriminal > Dövlət Komitəsi Tərtərdə məktəbli qızın qaçırılması ilə bağlı araşdırmalara başlayıb

Dövlət Komitəsi Tərtərdə məktəbli qızın qaçırılması ilə bağlı araşdırmalara başlayıb


19-01-2022, 16:08. Yazar: Admin

 

Dövlət Komitəsi Tərtərdə məktəbli qızın qaçırılması ilə bağlı araşdırmalara başlayıb

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Qarabaginfo.az-a bildirib ki, rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.

Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.

O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edilib.


Geri dön