Ana Sayfa > Karusel / Gündəm > Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır

Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır


15-01-2022, 00:50. Yazar: Admin

Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır

Böyük Britaniya Şimali Koreyanın raket buraxılışından narahatdır.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Nazirlik Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmilərini ABŞ-la dialoqa qayıtmağa çağırıb.

"KXDR-in növbəti dəfə iki qısa mənzilli ballistik raketi sınaqdan keçirməsindən dərin narahatıq. Bu sınaqlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması, regional sülh və təhlükəsizliyə təhdiddir", - bəyanatda deyilir.

Britaniya XİN Pxenyana qarşı sanksiyalar rejiminin saxlanmasının vacibliyini vurğulayıb.

Yanvarın 14-də Yaponiya Sahil Mühafizəsi KXDR-in növbəti raket sınaqları həyata keçirdiyini bildirib.


Geri dön