Ana Sayfa > Karusel / Gündəm > Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub

Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub


15-01-2022, 00:00. Yazar: Admin

Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub

Tanzaniyanın şimalındakı Manyara regionunda uzun sürən quraqlıq səbəbindən 62 mindən çox heyvan tələf olub.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Şimanjiro dairə şurasının sədr müavini Sendeu Layzerin sözlərinə görə, uzun sürən quraqlığın qurbanı 62 585 heyvan, o cümlədən iribuynuzlu mal-qara, qoyun və keçilər olub.

Layzer vurğulayıb ki, quraqlıq heyvandarları nisbi su və otlaq üçün ot ehtiyatı olan ərazilərə köçməyə məcbur edir.


Geri dön