Ana Sayfa > Karusel / Gündəm > Cüdo üzrə ölkə çempionatının birinci gününün qalib və mükafatçıları məlum olub

Cüdo üzrə ölkə çempionatının birinci gününün qalib və mükafatçıları məlum olub


14-01-2022, 23:40. Yazar: Admin

Cüdo üzrə ölkə çempionatının birinci gününün qalib və mükafatçıları məlum olub

Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ilk yarış gününün qalib və mükafatçıları məlum olub.

Qarabaginfo.az-ın məlumatına görə, Hövsan qəsəbəsindəki İdman Sağlamlıq Mərkəzində təşkil olunan turnirin birinci günündə yeniyetmə qızlar və oğlanlar arasında 6 çəki dərəcəsində qarşılaşmalar təşkil edilib.

Minarə Əşrəfova (36 kq), Vüsalə Hacıyeva (48 kq), Kamilla Toholliyeva (63 kq) qızlar arasında keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Famil Əzizov (46 kq), Nizami İmranov (60 kq), Camal Bağışov (81 kq) isə yeniyetmə oğlanlar arasında qalib adını qazanıblar.

Yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.

Qeyd edək ki, yarış yanvarın 16-da başa çatacaq.


Geri dön