Ana Sayfa > Karusel / Sosial > Polis uşaq bağçasında azyaşlını döyən müəllimin izahatını alıb

Polis uşaq bağçasında azyaşlını döyən müəllimin izahatını alıb


14-01-2022, 10:12. Yazar: Admin

Polis uşaq bağçasında azyaşlını döyən müəllimin izahatını alıb

Sosial şəbəkələrdə bağçada azyaşlının müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan videogörüntünün harada çəkildiyi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu videonun İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində yerləşən 1 saylı uşaq bağçasında çəkildiyi açıqlanıb.

Videoda bağçanın müəllimi Zülfiyyə Baxışovanın azyaşlının başına qapaz vurduğu görünür. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin bağçaya gedib, müəllimin izahatı alınıb.

Qeyd edək ki, uşağı döyən müəllim Zülfiyə Baxışovanın uşağın anasının xalası olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Geri dön