Ana Sayfa > Karusel / İdman > "Qarabağ" Leandro Andrade ilə müqavilə imzalayıb

"Qarabağ" Leandro Andrade ilə müqavilə imzalayıb


13-01-2022, 11:39. Yazar: Admin

"Qarabağ" Leandro Andrade ilə müqavilə imzalayıb


“Qarabağ” daha bir futbolçunun transferini açıqlayıb.

Ağdam klubu Leandro Andrade ilə müqavilə imzalayıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Andrade “Qarabağ”da 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqanın lideri bunadək Rüstəm Əhmədzadə və Luka Quqeşaşvilini heyətinə qatıb.


Geri dön