Ana Sayfa > Karusel / Təhsil > Təhsil Nazirliyində yeni təyinatlar olub

Təhsil Nazirliyində yeni təyinatlar olub


12-01-2022, 15:34. Yazar: Admin

 

Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr | Azərbaycan Respublikası Təhsil NazirliyiTəhsil Nazirliyində yeni təyinatlar olub.

Qarabaginfo.az xəbər verir ki, nazirlikdən Apanın sorğusuna cavab olaraq bildirilib ki, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə Elnur Əliyev təyin olunub.

Nazirliyin Elm, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli nazirin müşaviri təyin olunduğundan, həmin vəzifə Yaqub Piriyevə həvalə olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzaliyev nazirin müşaviri təyin olunduğundan onun vəzifəsi Ceyhun Kərəmova həvalə edilib.


Geri dön