Ana Sayfa > Karusel / İdman > Kamran Ağayev karyerasını bitirir

Kamran Ağayev karyerasını bitirir


10-01-2022, 17:34. Yazar: Admin

 

Kamran Ağayev karyerasını bitirir

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirmək istəyi ilə "Səbail" klubuna müraciət edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 36 yaşlı qolkiper qapıçılarla iş üzrə məşqçi Fərhad Vəliyev vasitəsi ilə xəbər göndərib: "Özüm Kamranla görüşməmişəm. Bu gün axşam məşqində onunla bu barədə danışacağam".

Qeyd edək ki, Kamran Ağayev 2020-ci ilin avqustunda "dənizçilər"lə müqavilə imzalayıb. Təcrübəli oyunçu 2008 - 2018-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.


Geri dön