Ana Sayfa > Karusel / Qarabağ > Rusiya ordusu Azərbaycan torpağında konsert verir...- Hələ ki...-VİDEO

Rusiya ordusu Azərbaycan torpağında konsert verir...- Hələ ki...-VİDEO


10-01-2022, 10:47. Yazar: Admin
Rusiya ordusu Azərbaycan torpağında konsert verir...- Hələ ki...-VİDEO
Qarabağda  30-dan çox konsert verən hərbi ansambl Xocalı, Xocavənd, Ağdam, Tərtər və Kəlbəcər rayonlarının bir hissəsində məskunlaşmış erməniləri də təbrik edib...
 
“Şimal Donanmasının Mahnı və Rəqs Ansamblı Rusiya sülhməramlı kontingentinin bütün hərbçilərini təbrik etməklə Dağlıq Qarabağa Yeni il qastrol səfərini başa vurub. Yekun konsertlər Stepanakertdə(əslində Xocalı rayonundakı hava limanında-S.L.) Rusiya sülhməramlılarının qərargahının ərazisində keçirilib”.
 
Qarabaginfo.az moderator.az-a istinadən xəbər verir ki, bu məlumat yanvarın 10-u Moskva vaxtı ilə saat 05:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış xəbərdəndir.
 
"Şimal Donanmasının Mahnı və Rəqs Ansamblı bu gün Yeni il və Milad bayramları münasibətilə təbriklərini tamamladı. Burada, Dağlıq Qarabağ ərazisində onlar 30-dan çox konsert veriblər. Bu, böyük zəhmətdir. Bütün müşahidə məntəqələrində, eləcə də  müştərək Rusiya-Türkiyə mərkəzində və bilavasitə Rusiya sülhməramlı kontingentinin bazasındakı bütün şəxsi heyəti bu komanda təbrik edib”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Qaliyev bildirib.  
 
Məlumata görə,  Rusiya ordusunun bəhs edilən ansamblı Əsgəran şəhəri, Xocalı, Xocavənd, Ağdam, Tərtər və Kəlbəcər rayonlarının bir hissəsində məskunlaşmış bütün erməniləri təbrik edib. Kollektiv həmçinin  Xankəndindəki internat məktəbində keçirilən humanitar aksiyaya qatılıb...
 
P.S. Qazaxıstana artıq  açıq təcavüz edən Rusiya ordusu Azərbaycan Respublikasının Qarabağ torpaqlarının xeyli hissəsində hələki konsert verir...

Geri dön