Ana Sayfa > Karusel / Hadisə > Goranboyda ana və qızı dəm qazından zəhərləndi

Goranboyda ana və qızı dəm qazından zəhərləndi


9-01-2022, 23:11. Yazar: Admin

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.

Qəsəbə sakini 1984-cü il təvəllüdlü N.Əmrahova və onun qızı 2006-cı il təvəllüdlü R.Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara lazımı tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumatına görə, ana və övladı yaşadığı evdə dəm qazından zəhərləniblər.(Apa)


Geri dön