Ana Sayfa > Karusel / Mədəniyyət > Yaxın zamanda Minskdə Nizami Gəncəvinin abidəsi açılacaq

Yaxın zamanda Minskdə Nizami Gəncəvinin abidəsi açılacaq


6-01-2022, 17:12. Yazar: Admin

Ülvi Baxşəliyev

 

Belarus Respublikası Şurasının sədri Natalya Koçanova Azərbaycanın bu ölkələdəki səfiri Ülvi Baxşəliyevlə görüşü.

Qarabaginfo.az Belta-ya istinadən xəbər verir ki, Koçanov görüşdə iki ölkə arasında münasibətlərin dostluq əlaqələrinə söykənən məhsuldar və sıx formatda olduğunu deyib.

Azərbaycanın Belarus üçün yalnız iqtisadi, siyasi və humanitar əlaqələrə malik partnyor deyil, həm yaxın dost olduğu vurğulanıb.

Şura sədri ölkəsinin beynəlxalq təşkilatların bütün səviyyələrində Belarusun Azərbaycanın dəstəyini hiss etdiyini bildirib.

Natalya Koçanova iki ölkə arasında intensiv siyasi dialoqun mövcud olduğunu xatırladıb.

Təkcə son 10 ayda iki ölkə arasında ticarət dövriyyəsi 442 milyon dollara çatıb.

Öz növbəsində Ülvi Baxşəliyev Respublika Şurasında görüşün təşkili üçün təşəkkürünü bildirib. O həmçinin, Minskdə Nizami Gəncəvinin abidəsinin ucaldılması qərarına görə Belarus tərəfinə təşəkkürünü ifadə edib.

Ülvi Baxşəliyev abidənin Minskdə quraşdırıldığını və tezliklə açılışının olacağını məlum at verib.(Apa)


Geri dön