Ana Sayfa > Karusel / Gündəm > Koronavirusun yeni təhlükəli ştammı - 3 ölkədə yayıldı

Koronavirusun yeni təhlükəli ştammı - 3 ölkədə yayıldı


25-11-2021, 16:33. Yazar: Admin
Koronavirusun yeni təhlükəli ştammı - 3 ölkədə yayıldı

 

Koronavirusun digərlərindən daha ağır ola biləcək yeni ştamı aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb. B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə on yoluxma müəyyən edilib.

Ştamın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir.

Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.


Geri dön