Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda oyun koronavirusa görə təxirə salındı

Azərbaycanda oyun koronavirusa görə təxirə salındı


25-11-2021, 16:24. Yazar: Admin
Azərbaycanda oyun koronavirusa görə təxirə salındı

 

Futzal üzrə Azərbaycan Yüksək Liqasının 9-cu turunda “Xilə” – “Baku Fire” qarşılaşması təxirə salınıb.

Qarabaginfo.az xəbər verir ki, “buna səbəb Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranmasıdır (yüksək temperatur). Klub məsələ ilə bağlı Azərbayan Futzal Federasiyasına müraciət edib.

Bunu nəzərə alan federasiya matçın qeyri-müəyyən vaxta təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.

Qeyd edək ki, görüş noyabrın 26-da keçirilməli idi.


Geri dön