Ana Sayfa > Karusel / Sosial > "Azəriqaz" nümayəndələri Evlax sahibkarların problemlərini dinlədi

"Azəriqaz" nümayəndələri Evlax sahibkarların problemlərini dinlədi


25-11-2021, 15:54. Yazar: Admin

"Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir, Birlik rəhbərliyi onların qayğıları ilə maraqlanır.

Qurumdan verilən məlumata görə, İB-nin "Açıq mikrofon" aksiyası istər vətəndaşlara, istərsə sahibkarlara qaz təchizatında yaranan problemlərin həlli istiqamətində yardımçı olur. Bu dəfə "Səyyar qəbul otağı" Yevlax sahibkarlarının ixtiyarında olub. Görüşdə "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Yevlax Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.

Sahibkarlar aksiyanın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərdən söz açıblar. Yevlax sahibkarları ilə yanaşı, ətraf kəndlərdən, habelə Ağcabədi rayonundan da vətəndaşlar "Səyyar qəbul otağı" baş tutan ünvana üz tutublar. Ünvanlanan suallarla bağlı yerindəcə izahatlar verilib və qeydiyyata götürülüb.


Geri dön