Ana Sayfa > Karusel / Kriminal > Polis axtarışda olan Aslanov qardaşlarını tutdu

Polis axtarışda olan Aslanov qardaşlarını tutdu


25-11-2021, 12:43. Yazar: Admin

Axtarışda olan Şəmkir rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) və DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarışda olan Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşları saxlanılıblar.

Polis əməkdaşları həmin qardaşların yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami rayon Polis İdarəsinə gətiriblər.


Geri dön