Ana Sayfa > Karusel / Kriminal > Bakıda müəllimi maşın vurub öldürdü
Bakıda müəllimi maşın vurub öldürdü25-11-2021, 12:41. Yazar: Admin |
Bakıda müəllimi avtomobil vurub.
Qarabaginfo.az-ın məlumatına görə, Bakı şəhəri 244 saylı orta məktəbin ibtidai sinif müəllimi Təranə Kazımova yolu keçərkən onu minik avtomobili vurub.
Məktəbdən APA-ya bildirilib ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.
Qadın yolu keçərkən qəfildən yıxılıb və qarşıdan gələn avtomobil onu vurub. Qəza nəticəsində T.Kazımova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. Geri dön |