Ana Sayfa > Karusel / Qarabağ > Jurnalistlər Kəlbəcərdə oldu, orada xidmət edən hərbçilərlə görüşdü

Jurnalistlər Kəlbəcərdə oldu, orada xidmət edən hərbçilərlə görüşdü


25-11-2021, 12:36. Yazar: Admin

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Kəlbəcər rayonuna mediatur təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, mediatur zamanı ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələrdə hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.

Kütləvi informasiya vasitələrinin nümayəndələri Kəlbəcər rayonunda döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə də tanış olublar. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Virtualaz.org


Geri dön