Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb


25-11-2021, 12:19. Yazar: Admin

 

Azərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü - xeberler

Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.


Geri dön