Ana Sayfa > Karusel / Kriminal > İrandan gələn yük maşınında narkotik tapıldı - FOTO

İrandan gələn yük maşınında narkotik tapıldı - FOTO


24-11-2021, 21:55. Yazar: Admin
İrandan gələn yük maşınında narkotik tapıldı – FOTOwhatsapp sharing button

Biləsuvar gömrük postunda İrandan Azərbaycana gələn “Foton” markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən  Qarabaginfo.az-a verilən xəbərə görə, bu zaman sürücü üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin mühərrikində yerləşən radiator ilə onun arxa hissəsindəki plastik qoruyucunun arasındakı boşluqda falqaya bükülmüş bir ədəd bağlamada gömrük nəzarətindən gizlədilən 30 həb “Tamol 225 mg”, 4 həb “Tramadol 200” adlı dərman preparatları və ümumi çəkisi 9 qram olan narkotik vasitə-marixuana aşkar edilib.


Geri dön