Ana Sayfa > Karusel / Mədəniyyət > Prezidentin xüsusi nümayəndəsi: "Rusiyada iki yerdə Nizami Gəncəviyə heykəl qoyulub"

Prezidentin xüsusi nümayəndəsi: "Rusiyada iki yerdə Nizami Gəncəviyə heykəl qoyulub"


24-11-2021, 11:12. Yazar: Admin

Prezidentin xüsusi nümayəndəsi: Rusiyada iki yerdə Nizami Gəncəviyə heykəl qoyulub

“Rusiyada Nizami Gəncəviyə 2 yerdə - Moskvada və Sank-Peterburqda heykəl qoyulub. Həmin heykəlləri quraşdıranda elə də asan dövr deyildi. Lakin Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O, təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumda bildirib.

Onun sözlərinə görə, dahi ədib öz yaradıcılığı ilə Mərkəzi Asiyada xalqları, qəbilələri birləşdirmişdi: "Mən iki mütəfəkkiri qeyd edə bilərəm ki, onlar heç vaxt yaşadığı ərazini tərk etməmişdilər. Bunlar Nizami Gəncəvi və Emmanuel Kant idi. Onlar başa düşürdülər ki, insanın vicdanı, başı üzərində duran Allah böyük dəyərlərdir. Bu ilin "Nizami Gəncəvi İli" elan olunması əhəmiyyətli hadisədir. Hazırda bu il çərçivəsində Rusiyada Ermitaj Muzeyində Azərbaycan xalçasının nümayişi keçirilir. Nizami Gəncəvi İslam dünyasında maarifləndirmə işığını özündə təcəssüm etdirib. Bu işıq bu günə qədər bizim üzərimizdədir”.(Report)


Geri dön