Ana Sayfa > Karusel / Mədəniyyət > Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq

Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq


24-11-2021, 09:48. Yazar: Admin

 

Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.

Bu barədə Qarabaginfo.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Q.Paşayeva TÜRKSOY xətti ilə keçiriləcək Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubiley mərasimində iştirak edəcək. Tədbirdə söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs ediləcək, onun ədəbi irsindən nümunələr səsləndiriləcək.

Q.Paşayeva, həmçinin Türkiyənin tanınmış ədibi Kənan Çarboğa tərəfindən tərcümə edilmiş “Aşıq Ələsgərin seçmə şeirləri” kitabının təqdimat mərasiminə qatılacaq.

Səfər noyabrın 28-də başa çatacaq.


Geri dön