Ana Sayfa > Karusel / İdman > "Vətən" komandası turnirin qalibi olub

"Vətən" komandası turnirin qalibi olub


23-11-2021, 12:30. Yazar: Admin

Türkiyənin İğdır şəhərində 15-19 noyabr tarixlərində 13-14 yaşlı uşaqlar arasında Azərbaycan və Türkiyə komandalarının futbol turniri təşkil olunub.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin "Vətən" komandası turnirin qalibi olub

 

Komandamız turnirdə keçirdiyi 5 oyunun hər birini qələbə ilə başa vurub.

 

Final görüşündə Türkiyənin "İğdır Yurdumspor" komandası ilə qarşılaşan komandamız, 2-0 hesabı ilə qələbə qazanaraq, ölkəmizə çempionluq kubokunu gətirib.


Komandanın baş məşqçisi Nadir Mustafayev açqılamasında bildrib ki, belə yarışlar qardaş ölkə ilə əlaqələrimizi inkişafına müsbət təsir göstərməklə bərabər,  idmançıların formalaşmasına da səbəb olur. Bir daha turnirin təşkilatçılarına öz minnətdarlığımı bildiir, futbolçulara uğurlar arzulayıram.


Geri dön