Ana Sayfa > Karusel / Səhiyyə > ÜST Azərbaycanda təcili tibbi yardım sistemini qiymətləndiribqiymətləndirib

ÜST Azərbaycanda təcili tibbi yardım sistemini qiymətləndiribqiymətləndirib


29-10-2021, 15:48. Yazar: Admin

 

ÜST Azərbaycanda təcili tibbi yardım sistemini qiymətləndirib

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda təcili tibbi yardım sisteminin əhatəli qiymətləndirilməsini həyata keçirib.

Qarabaginfo.az xəbər verir ki, sözügedən qiymətləndirmə sistemin təşkili, idarəolunması, maliyyələşməsi, təcili yardım haqqında məlumat, onun keyfiyyətinin artırılması, hadisə yerində yardım, daşınma, köçürmə, eyni zamanda göndəriş, stasionar yardım və fövqəladə hazırlıq kimi sahələri əhatə edib.

Qiymətləndirmə çərçivəsində ÜST-nin Baş Qərargahından və ölkə Ofisindən olan mütəxəssislər, TƏBİB-in nümayəndələri ilə birlikdə Bakı, Şirvan, Salyan və Lənkəranda yerləşən 6 xəstəxana və dispetser mərkəzlərinə səfər ediblər.


Geri dön