Ana Sayfa > Karusel / İnfrastruktur > 9 ayda Azərbaycanda çəkilən yollar - SİYAHI
9 ayda Azərbaycanda çəkilən yollar - SİYAHI28-10-2021, 13:53. Yazar: Admin |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 9 aylıq hesabatı açıqlayıb.
Qurumdan Qarabaqinfo.az-a verilən məlumata görə, 2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib:
Respublika əhəmiyyətli - 103.5 km; Yerli əhəmiyyətli - 312.5 km; Bakı şəhər yolları - 124 km.
2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib:
“Zəfər Yolu” üzərində 4; İsmayıllı rayonunda 4.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib: Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də uzunluğu 76.7 metr; Ziya Bünyadov prospektində 90 metr uzunluğunda.
2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb:
Goranboy rayonu, Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolu. Uzunluğu 38 km; Ağcabədi rayonu, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu. Uzunluğu 41 km; Tərtər rayonu, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu. Uzunluğu 11 km; Ağstafa rayonu, Böyük Kəsik-Ağgöl avtomobil yolu. Uzunluğu 5 km; Qusar rayonu, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu. Uzunluğu 12.5 km; İsmayıllı rayonu, Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu. Uzunluğu 13 km; Salyan rayonu, Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu. Uzunluğu 15.3 km; Şabran rayonu, Padar avtomobil yolu. Uzunluğu 2.5 km.
Rəsmi məlumata görə, eyni zamanda Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61.68 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib;
Bakı şəhəri, Yasamal rayonu Qanlı Gölün qərb hissəsində uzunluğu 1.3 km olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi başa çatdırılıb; Vətən müharibəsi dövründə Goranboy rayonunda 17.7 km, Tərtər rayonunda 9 km, Daşkəsən rayonunda 1.5 km və Naftalan rayonunda 16 km uzunluğunda avtomobil yollarına və yol qurğularına dəymiş zərər aradan qaldırılıb.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib:
- Nərimanov rayonu - 8.89 km; - Binəqədi rayonu – 12.9 km; - Suraxanı rayonu – 11.8 km; - Qaradağ rayonu – 6.6 km; - Xəzər rayonu – 16.3 km; - Xətai rayonu - 11,4 km; - Yasamal rayonu – 3.98 km; - Sabunçu rayonu – 5.7 km; - Nəsimi rayonu – 3.6 km; - Nizami rayonu – 5.5 km; - Səbail rayonu – 7.8 km; - Pirallahı rayonu - 2 km.
Hesabat dövründə 16 kəndlərarası avtomobil yolu layihəsinin, Şamaxı rayonunun və Naftalan şəhərinin daxili yollarının, Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 152 km, 4 hərəkət zolaqlı); M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km, 4 hərəkət zolaqlı) Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi; Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi; Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km); Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi; Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi;
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi;
Susay-Xınalıq avtomobil yolunun tikintisi (34.8 km); Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.
Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında:
693 yol nişanı, 6 927 siqnal dirəyi, 2328 p/m əyrixətli tirlər quraşdırılıb və bərpa edilib; 1301.7 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
2021-ci ilin 9 ayı ərzində AAYDA-nin “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 74 590 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Geri dön |