Ana Sayfa > Karusel / Problem > CityNet internet provayderindən kütləvi narazılıq: Nə normal internet var, nə sürət

CityNet internet provayderindən kütləvi narazılıq: Nə normal internet var, nə sürət


10-09-2021, 10:29. Yazar: Admin

 

 

CityNet internet provayderindən kütləvi narazılıq: Nə normal internet var, nə sürət

CityNet internet provayderi abunəçilərini narazı salıb.

Qarabaginfo.az "Bakıvaxtı"na istinadən xəbər verir ki, vətəndaşlar artıq bir neçə gündür ki, internet problemi ilə üzləşir. Halbuki başqa vaxt pul ödənmədiyi halda dərhal interneti kəsirlər. İndi isə vətəndaşa veriləcək məntiqli cavabları belə yoxdur. Vətəndaşlara cavablarında “qlobal problemdir” deyib absurd bir səbəb göstərirlər.

Məlumat üçün bildirək ki, sözgedən provayder şirkəti rəsmi saytında öz barəsində bu məqamları qeyd edib ki, CityNet Bakının bir neçə mərkəzi rayonlarını əhatə edən stabil, etibarlı və daim inkişaf edən şirkətlərdən biridir: "Biz FTTB (binaya optika) texnologiyası ilə işləyən fiber - optik şəbəkəmizi telekommunikasiya sahəsində lider şirkətlərdən biri olan Cisco avadanlıqları vasitəsilə daim genişləndirir və modernizasiya edirik. Bu səbəbdən CityNet internet provayderinin istifadəçiləri yüksəksürətli internetlə yanaşı müxtəlif limitsiz internet tariflərindən də yararlanır".

Ancaq fakt odur ki, sözügedən provayderin abunəçiləri ay ərzində demək olar ki, 5-10 gün ərzində qırılmalar. sürət enməsi və digər problemlərlə üzləşirlər. Bu isə abonetnlərin hüquqlarının kobud pozulmasıdır.

Devizi "CityNet internet provayderi – etibarlılıq, sərfəli tariflər və yüksək sürət!" olan şirkətin fəaliyyərində nə etibarlılıq, nə sərfəlilik, nə də sürət var.


Geri dön