Ana Sayfa > Karusel / Hadisə > Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər cərimələnib

Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər cərimələnib


5-04-2021, 19:54. Yazar: Admin

75 nəfərin zəhərləndiyi toy mərasimi ilə bağlı AQTA-da araşdırmalar başlandı » Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Goranboy Rayon Polis Şöbəsinə rayonun Abbasqulular kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirliməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.


Geri dön