Ana Sayfa > Karusel / Gündəm / Dünya > Rusiyada terror aktının qarşısı alındı

Rusiyada terror aktının qarşısı alındı


1-04-2021, 16:42. Yazar: Admin

 

Rusiyada terror aktının qarşısı alındı

 

Tver bölgəsində “İŞİD” terrorçusu tərəfindən hazırlanan terror hücumunun qarşısı alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin evində partlayıcı maddələrin sintezi laboratoriyası aşkarlanıb. Onun enerji obyektinə hücum planlaşdırdığı məlum olub.

Terrorçu müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Əməliyyat zamanı təhlükəsizlik işçiləri və mülki şəxslər yaralanmayıb.

Silahlı şəxsin üzərində Rusiya pasportu tapılıb. Axtarış zamanı terrorçunun evində odlu silah və döyüş sursatları, əldəqayırma partlayıcı qurğu və partlayıcı istehsalı üçün komponentlər tapılıb.

Terakta hazırlıqla bağlı cinayət işi başladılıb.


Geri dön